“Neftçi” braziliyalı futbolçu ilə daha 2 il müddətinə müqavilə bağlayıb

“Neftçi” braziliyalı futbolçu ilə daha 2 il müddətinə müqavilə bağlayıb
# 20 may 2014 09:55 (UTC +04:00)

Bakı – APA. “Neftçi” rəhbərliyi braziliyalı futbolçu Flavinyo ilə müqavilənin müddətini artırıb. Apasport.az saytının xəbərinə görə, “ağ qaralar”la müqaviləsi başa çatan legionerlə danışıqlar müsbət yekunlaşıb. Yarımmüdafiəçi bundan sonra daha 2 il paytaxt klubunun şərəfini qoruyacaq.

Tam adı Flavio Aleks Valensio olan futbolçu 2010-cu ildən “Neftçi”nin şərəfini qoruyur. Komandanın əsas futbolçularından sayılan yarımmüdafiəçi “ağ qaralar”ın heyətində indiyə qədər 101 oyunda meydana çıxıb və 28 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR