Qusarda baş verən qəzada xəsarət alanlardan biri dünyasını dəyişib - YENİLƏNİB - VİDEO

Qusarda baş verən qəzada xəsarət alanlardan biri dünyasını dəyişib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 06 mart 2014 16:33 (UTC +04:00)

Qusar. Vəli Turan - APA. Bu gün Qusar-Şahdağ yolunun 15-ci km-də, rayonun Xuray kəndi ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alanlardan biri dünyasını dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 10 SL 033 dövlət nömrə nişanlı “Mercedes” markalı maşının sürücüsü, 1978-ci il təvəllüdlü Xırdalan şəhər sakini Əliyev Cəlal Hidayət oğlunun həyatını xilas etmək mümkün olmayıb. Digər xəsarət alan şəxs - 1992-ci il təvəllüdlü Sədayılı Rəvan Ağa oğlunun müalicəsi Qusar Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir.

Faktla bağlı Qusar rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

* * *

Saat 18:18

Qusar. Vəli Turan - APA. Bu gün Qusar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xuray kəndi ərazisində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində maşında olan iki nəfər müxtəlif bədən xəsarətləri alaraq, Qusar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Qusar rayon Polis Şöbəsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR