BMT baş katibi İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib

BMT baş katibi İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib
# 26 noyabr 2013 14:12 (UTC +04:00)

APA-nın məlumatına görə, təbrikdə deyilir: “Hörmətli cənab prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, ən xoş arzularımı çatdırıram.

Əminəm ki, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımız həm birbaşa BMT, həm də təşkilatın Azərbaycandakı nümayəndəliyi ilə gələcəkdə də davam etdiriləcəkdir. Mən Azərbaycanın BMT-nin dəyər və prinsiplərinə sədaqətinə güvənirəm.

Bu ilin oktyabr ayında Təhlükəsizlik Şurasının sədri kimi səmərəli fəaliyyətinə görə Azərbaycana təşəkkür edir və Birləşmiş Millətlər Təşkilatı ilə birgə sülh, təhlükəsizlik və davamlı inkişaf sahəsində qlobal çağırışların həllinə vacib töhfələrinizi yüksək qiymətləndirirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR