AMEA-nın vitse-prezidenti: “Azərbaycanın tarixi faciələrini başqa xalqlara onların öz dilində çatdırmaq lazımdır” - FOTO

AMEA-nın vitse-prezidenti: “Azərbaycanın tarixi faciələrini başqa xalqlara onların öz dilində çatdırmaq lazımdır” - <span style="color: red;">FOTO
# 26 fevral 2014 11:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Hər hansı tarixi faciə ilə bağlı Azərbaycanda öz dilimizdə kitablar çap etməklə, yeni filmlər çəkməklə heç bir şey qazanmırıq. Hamımız bilirik ki, Azərbaycanın başına hansı faciələr gətirilib. Amma bunu başqa xalqlara çatdırmaq üçün gərək onu onların öz dilində deyəsən”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Akif Hacıyev deyib.

Onun sözlərinə görə, bu gün də elə ölkələr, adamlar var ki, heç Xocalını tanımırlar. Bu məsələdə alimlərin, tarixçilərin rolunu qeyd edən akademik vurğulayıb ki, onların əsərlərinin, kitablarının xüsusilə xarici dildə yazmaları bu işdə böyük köməklik edə bilər: “Ermənilər 1915-ci ildə türk vətəndaşı ola-ola ingilislərin dəstəyi ilə türklərin əleyhinə çıxış ediblər. Ondan sonra türklər onları bu hərəkətinə görə sürgün ediblər. Amma indi ermənilər bütün tarixi faktlar və faciələrlə bağlı xarici ölkələrdə onların öz dillərində məlumatlar yayaraq inandırırlar. Ona görə də deyirəm ki, bu gün Azərbaycan dilində nəsə çap etməyin o qədər də böyük rolu yoxdur. Xaricdə bunları çap etmək və ya Azərbaycanda xarici dillərdə nəsə çap edib xaricə göndərmək daha əhəmiyyətlidir. Bu işdə elmi kitabxanaların, AMEA institutlarının alimlərinin rolları böyükdür. Biz kiçik xalqıq. Dərdimizi alimlər, tarixçilər dünyaya çatdırmalıdır. Əsas məsələ isə odur ki, hadisələr onların dilində yazmalı, çap edilməli, filmlər çəkilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR