İranlı din xadimləri Borçalıya səfər ediblər

İranlı din xadimləri Borçalıya səfər ediblər
# 23 avqust 2013 11:28 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. İranın din xadimi, Ayətullah Seyid Cavad Şəhristaninin rəhbərliyi ilə 10 nəfərdən ibarət nümayəndə heyəti Gürcüstana səfər edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Ayətullah Seyid Cavad Şəhristani Gürcüstan patriarxı II İlyanın 80 illik yubileyinə və fəaliyyətinin 35 illik yubiley tədbirlərinə dəvət alıb və yubilyarla görüşüb.

İspaniya, Almaniya, Türkiyə, Rusiya, İran və digər ölkələrdən gələn nümayəndə heyəti bu gün müsəlmanların sıx yaşadığı Marneuli şəhərinə də səfər edib, bir neçə məscidə və din ocaqlarına baş çəkib. Marneulidə Ayətullah Seyid Şəhristanini Marneuli rayon İcra Hakimiyyətinin başçısı Paata Abramişvili və bir qrup din xadimləri qarşılayıblar. Marneuliyə səfər edən nümayəndə heyəti yenicə inşa olunan İmam Hüseyn Məscidinin inşasına baxış keçiriblər. Tikintinin gedişinə baxan Ayətullah Seyid Cavad Şəhristani Marneulidə məscidlərin tikilməsinə və imkansız ailələrə yardım edəcəklərini bildirib.

Qeyd edək ki, Ayətullah Seyid Cavad Şəhristani və onun rəhbərlik etdiyi nümayəndə heyəti İmam Əli Məscidində də olub və Cümə namazı qılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR