Azərbaycan Dövlət İqtisad Universitetində Ağsaqqallar Şurası yaradılıb

 Azərbaycan Dövlət İqtisad Universitetində Ağsaqqallar Şurası yaradılıb
# 01 iyul 2014 16:49 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Ağsaqqallar Şurası yaradılıb.

ADİU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şuranın yaradılmasında məqsəd ali təhsil ocağında fəaliyyət göstərən qocaman müəllimlərin pedaqoji, elmi, təlim-tərbiyə və inzibati iş təcrübəsini universitet rəhbərliyi, əməkdaşları və tələbələri ilə bölüşmək, habelə ümumrespublika təhsil, elmi, humanitar proseslərində universitetin nüfuzunun artırılmasına dəstək verməkdir.

Ağsaqqallar Şurası ADİU-nun inkişafının kompleks və strateji proqramlarının və digər tənzimləyici sənədlərin işlənib hazırlanmasında iştirak etmək, tələbələrə universitetin inkişaf tarixi, onun elmi və tədris məktəbləri ilə tanış olmalarında yardımçı olmaq hüququna malikdir. Həmçinin Elmi Şura qarşısında müxtəlif profilli fəxri adların verilməsi, əməkdaşların maddi və mənəvi stimullaşdırılması ilə bağlı vəsatət qaldıra bilər.

Şuraya universitetin inkişafına önəmli töhfələr vermiş, tədris, elmi, inzibati və ictimai fəaliyyətdə böyük təcrübəyə malik, 65 və daha yuxarı yaşı olan nüfuzlu əməkdaşlar cəlb ediləcək. Şuranın tərkibi 15 nəfərdən çox olmamaq şərti ilə rektor tərəfindən müəyyən olunacaq.

Şuranın ilk iclası bu ilin sentyabr ayında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR