Barrozu: “Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların üçüncü mərhələsinə hazırdır”

Barrozu: “Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların üçüncü mərhələsinə hazırdır”
# 26 mart 2014 07:12 (UTC +04:00)

Lakin əgər lazımdırsa, onlar Avropadakı sabitliyi qorumağa hazırdır. Biz oxşar ssenarilərin Avopanın digər bölgələrində təkrar olunmasını istəməzdik.

APA-nın məlumatına görə, bunu “Bloomberg”ə müsahibəsində Avropa Komissiyasının sədri Joze Manuel Barrozu bəyan edib.

“Bizim mövqeyimiz aydındır: Avropa Birliyi Ukraynanı dəstəkləyir və Rusiyaya xəbərdarlıq edir ki, əgər o, özünü belə aparmaqda davam etsə, bu ona baha başa gələcək”, - deyə o vurğulayıb.

Bununla belə Barrozu Rusiyaya qarşı sanksiyaların üçüncü mərləhəsinə hansı amilin əsas ola biləcəyini deməyib. O qeyd edib ki, G8-in Soçi sammitinin təxirə salınması Rusiyaya çox ciddi siqnaldır.

“Ukrayna kimi Avropa ölkəsinin müstəqilliyinə hörmət edilməlidir”, - deyə Barrozu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR