Azərbaycanın millət vəkilləri Almaniyada Xocalı faciəsi ilə bağlı keçiriləcək mitinqdə iştirak edəcəklər

Azərbaycanın millət vəkilləri Almaniyada Xocalı faciəsi ilə bağlı keçiriləcək mitinqdə iştirak edəcəklər
# 26 fevral 2014 08:46 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, Berlində Xocalı qətliamına etiraz olaraq “Almaniyada Azərbaycan Evi” tərəfindən təşkil olunmuş mitinqin keçirilməsi nəzərdə tutulur.

Geniş ictimaiyyətin təmsilçilərinin qatılacağı aksiyada Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Xocalı hadisələri zamanı ermənilərin azərbaycanlılara qarşı yürütdüyü soyqırımı siyasəti barədə ətraflı məlumat veriləcək, Xocalı faciəsini əks etdirən müxtəlif materiallar nümayiş olunacaq, qətlə yetirilən soydaşlarımızın xatirəsi anılacaq.

Tədbirdə Xocalı soyqırımının dünyada tanıdılması, ayrı-ayrı ölkələrin qanunvericilik orqanlarında, beynəlxalq təşkilatlarda bu faciəyə layiqli qiymət verilməsi istiqamətində göstərilən səylərdən bəhs ediləcək. Səfər martın 2-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR