“Statoyl” şirkətinin Şimal dənizindəki platformasında neft və qaz sızması baş verib

“Statoyl” şirkətinin Şimal dənizindəki platformasında neft və qaz sızması baş verib
# 29 dekabr 2013 00:41 (UTC +04:00)

Bakı-APA. Norveçin “Statoyl” şirkətinin Şimal dənizindəki neft platformalarından birində hasilat baş vermiş neft və qaz sızması səbəbindən dayandırılıb, işçi heyətin bir hissəsi təxliyə edilib. APA-nın verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi şirkətin bəyanatına istinadən məlumat yayıb.

Sızma Statfjord A platformasında ötən gün yerli vaxtla saat 17.30-da (Bakı vaxtilə 20.30-da) baş verib. Platformada çalışan 168 nəfərdən ibarət işçi heyətin yarısı helikopterlər vasitəsilə təxliyə edilib. İnsident nəticəsində xəsarət alan yoxdur.

Hazırda platformada problem aradan qaldırılıb, lakin hasilatın nə vaxt bərpa ediləcəyi barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR