İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb

İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb
# 05 noyabr 2013 10:26 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda tanınmış azərbaycanlı fəal azərbaycanlı fəal azadlığa buraxılıb.

APA-nın AZOH-a istinadən verdiyi məlumata görə, Əyyub Şiri noyabrın 3-də həbs müddətinin başa çatmasına 7 gün qalmış Təbriz şəhərinin mərkəzi həbsxanasından azadlığa buraxılıb.

Qeyd edək ki, Ə.Şiri İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən oktyabrın 1-də Təbriz şəhərində öz mağazasında tutulub. O, Təbriz İnqilab Məhkəməsinin barəsində çıxardığı 6 aylıq həbs cəzası əsasında saxlanılaraq Təbriz şəhərinin mərkəzi həbsxanasına aparılıb. Ə.Şiri İran hakimiyyətinin əleyhinə təbliğat aparmaqda günahlandırılır. Onun iş yerində axtarış aparılıb və kompüteri müsadirə edilib. Ə.Şiri 2011-ci il mayın 4-də səhər saatlarında Təbriz şəhərində yerləşən atasının evində ETTELAAT əməkdaşları tərəfindən həbs olunub. Azərbaycanlı fəal Urmiya gölündəki ekoloji fəlakətə etiraz olaraq həmin il aprelin 13-də keçirilmiş kütləvi aksiyada iştirak etdiyinə görə saxlanılıb. İki aya yaxın həbsdə saxlanılan Ə.Şiri 2011-ci il iyunun 23-də təxminən 30 min ABŞ dolları (30 milyon tümən) mülk girovu qarşılığında sərbəst qalıb. Ancaq Təbriz İnqilab Məhkəməsinin hakimi Rəhim Həmlbər azərbaycanlı fəalı əhalini kütləvi aksiyalara çağırmaq və hakimiyyətin əleyhinə təbliğat aparmaqda günahlandıraraq üç ayı şərti olmaqla 6 ay azadlıqdan məhrum edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR