Mustafa Dənizli: “Avrokuboklarda oynamaq üçün həm çempionatda, həm də kubokda şansımız var”

Mustafa Dənizli: “Avrokuboklarda oynamaq üçün həm çempionatda, həm də kubokda şansımız var”
# 13 yanvar 2014 10:59 (UTC +04:00)

Bakı - APA. “Sizin düşündüyünüz transferlər yazda, növbəti mövsüm üçün reallaşa bilər”. Bu sözləri apasport.az saytının əməkdaşının Antalyaya ezam olunmuş əməkdaşı ilə söhbətində “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli deyib.


Tanınmış türkiyəli mütəxəssisin “Xəzər Lənkəran”a baş məşqçi təyin edilməsindən sonra futbol ictimaiyyəti ulduz futbolçuların transfer ediləcəyini gözləyir. Hətta bir ara Türkiyə yığmasının sabiq üzvləri Necati Ateş və İbrahim Toramanın adı “ağ-yaşıllar”la yanaşı hallanırdı. Lakin Dənizli bildirib ki, qış transfer dönəmində ulduz oyunçu almayacaqlar: “Biz daha çox növbəti mövsümü düşünürük, planlarımız bu cürdür. Lakin bu o demək deyil ki, cari mövsümdə iddialı olmayacağıq. Avrokuboka düşmək üçün həm çempionatda, həm də kubokda şansımız var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR