İraqda ötən gün törədilən terror aktları nəticəsində ölənlərin sayı 96-a çatıb

İraqda ötən gün törədilən terror aktları nəticəsində ölənlərin sayı 96-a çatıb
# 22 sentyabr 2013 04:43 (UTC +04:00)

Polisin məlumatına görə, əvvəlcə içərisində onlarla insanın olduğu yas çadırının yaxınlığında avtomobil partladılıb, bundan sonra ikinci avtomobil terrorçu-kamikadze tərəfindən partladılıb. Son illərin ən qanlı terror aktı sayılan bu hadisə nəticəsində 72 nəfər ölüb, 120-dən çox insan yaralanıb.

Bundan başqa paytaxtdan 200 km aralıda yerləşən Bayci şəhərində polis geyimində olan 4 terrorçu kamikadze polis xüsusi təyinatlıların bazasına soxularaq üzərilərindəki partlayıcı qurğuları işə salıb. Partlayış nəticəsində 7 nəfər ölüb, daha 20 polis yaralanıb. Həmçinin ölkənin digər bölgələrində də partlayışlar törədilib, ölənlərin ümumi sayı 96-a çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR