Dow Jones indeksi 0,2%, S&P 500 indeksi 0,03% enib, Nasdaq indeksi 0,2% yüksəlib

 Dow Jones indeksi 0,2%, S&P 500 indeksi 0,03% enib, Nasdaq indeksi 0,2% yüksəlib
# 13 fevral 2014 06:37 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 15 964 bəndədək, S&P 500 0,03% - 1 819 bəndədək enib, Nasdaq 0,2% - 4 201 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında fevralın 12-də FTSE 100 indeksi 0,04% - 6 675 bəndədək, Almaniya DAX-ı 0,7% - 9 540 bəndədək, Fransa CAC-40-ı isə 0,5% - 4 306 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 290,40 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3612 dollar (-0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR