Ağstafada bıçaqlanma hadisəsi olub

Ağstafada bıçaqlanma hadisəsi olub
# 03 yanvar 2014 11:13 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli - APA. Ağstafa rayonunun Qıraq Kəsəmən kənd sakini bıçaqlanıb. Ağstafa rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə dünən Qıraq Kəsəmən kəndində baş verib. Məlumata görə, Ağstafa şəhər sakini, 1981-ci il təvəllüdlü Araz İsmayılov sözü gedən kəndə gəlib və oranın sakini 1987-ci il təvəllüdlü Pərvin Nəcəfovla mübahisə edərək onu bıçaqlayıb. P. Nəcəfov dərhal Ağstafa Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR