Kiyevdə həlak olan milis işçilərinin sayı 6-ya çatıb

Kiyevdə həlak olan milis işçilərinin sayı 6-ya çatıb
# 18 fevral 2014 22:39 (UTC +04:00)

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna DİN-in məlumatında deyilir.

“Tibbi yardım üçün, ümumilikdə, milis orqanlarının və daxili qoşunların 184 əməkdaşı müraciət edib. Kütləvi iğtişaşlar zamanı xəsarət alan asayiş keşikçilərindən 159-u xəstəxanaya yerləşdirilib”, deyə açıqlamada bildirilir.

Onlardan 35 nəfərin vəziyyəti ağırdır. Ümumilikdə, 39 milis əməkdaşı güllə yarası alıb.

Qeyd edək ki, DİN-də etirazçılar arasında xəsarət alanların sayı barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR