Nardaranlı Maştağa sakinini güllələyib

Nardaranlı Maştağa sakinini güllələyib
# 25 oktyabr 2013 10:44 (UTC +04:00)

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən Nardaran qəsəbəsində baş verib.

Nardaran qəsəbə sakini Vasif Cabbarov xuliqanlıq zəminində ov tüfəngi ilə Maştağa qəsəbə sakini Anar Quliyevi güllələyib. Yaralı bud nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. A. Quliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hadisəni törədən V. Cabbarov isə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR