Bakıda «Sosial-iqtisadi inkişafda sahibkarlığın rolu: Türkiyə-Azərbaycan təcrübəsi» mövzusunda konfrans keçirilib

Bakıda «Sosial-iqtisadi inkişafda sahibkarlığın rolu: Türkiyə-Azərbaycan təcrübəsi» mövzusunda konfrans keçirilib
# 03 iyun 2013 09:41 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda İqtisadi İnkişaf Nazirliyi və Türkiyənin Özyeğin Universitetinin təşkilatçılığı ilə «Sosial-iqtisadi inkişafda sahibkarlığın rolu: Türkiyə-Azərbaycan təcrübəsi» mövzusunda praktiki konfrans keçirilib. «APA-Economics»in xəbər verdiyi kimi, konfransda çıxış edən Nazirliyin aparat rəhbəri Samir Vəliyev ümumilikdə iqtisadiyyatın formalaşmasında, iqtisadi artımında sahibkarlığın yüksək rolundan danışıb, Azərbaycan iqtisadiyyatında özəl sektorun yüksək paya malik olmasından xəbər verib.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun iki ölkə arasında sıx iqtisadi əməkdaşlığından, qarşılıqlı sərmayələrdən, ticarət dövriyyəsindən qısa məlumat verib və bildirib ki, ölkələr arasında əməkdaşlıq müxtəlif sahələrdə, o cümlədən də təhsil sahəsində sürətlə inkişaf edir.

Azərbaycanın Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışında ölkədə sahibkarlıq təbəqəsinin formalaşması tarixindən məlumat verib. Bundan əlavə o Azərbaycanda özəl iqtisadiyyatının formalaşmasında kiçik və orta sahibkarlığın rolunun yüksək olduğunu bəyan edib. M.Musayev xüsusən vurğulayıb ki, özəl sektorun, o cümlədən, kiçik və orta sahibkarlığın sürətli inkişafını nümayiş etdirən Türkiyə kimi ölkənin bu sahədəki təcrübəsinin öyrənilməsi, vergi güzəştləri və digər müxtəlif stimullaşdırıcı təşəbbüslərin Azərbaycanda tətbiqinə diqqət yetirməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR