Azərbaycanın hərbi prokuroru: “Bu gün Azərbaycan ordusunda döyüş şəraitində bir dənə də olsun fərarilik halı yoxdur” - APA TV

Azərbaycanın hərbi prokuroru: “Bu gün Azərbaycan ordusunda döyüş şəraitində bir dənə də olsun fərarilik halı yoxdur” - <span style="color: red;">APA TV
# 09 may 2013 09:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. “Azərbaycanda faktiki olaraq ordu quruculuğuna 1993-ci ildən başlanıb. Həmin dövrlə indiki dövrü müqayisə edəndə silahlı birləşmələrdə törədilmiş cinayətlərin sayı 100 və 1000 dəfələrlə azalıb”. APA-nın xəbərinə görə, bu açıqlamanı jurnalistlərə Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev verib.

Onun sözlərinə görə, bu gün Azərbaycan ordusunda döyüş şəraitində bir dənə də olsun fərarilik halının olmaması sevindirici haldır: “Son illər aparılan mübarizə nəticəsində hərbi xidmətdə intihar hallarının sayı azalır, lakin bu yetərli deyil. Biz çalışacağıq ki, belə halların sayını minimuma endirək. Ölümün səbəbindən asılı olmayaraq hər bir əsgər ölümü faktı ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi açılır, istintaq aparılır. Cinayət işi ilə bağlı ilkin informasiyası ictimaiyyətə açıqlanır, amma sonrakı nəticələr barədə məlumat məhkəmədən əldə oluna bilər”.

Hərbi prokuror son illər hərbi hissədə baş verən intihar hallarına qarşı valideynlərin narazılığına da münasibət bildirib. O qeyd edib ki, bu narahatlıqları təbii qarşılamaq lazımdır: “Çünki heç kəs övladının intihar etməsi faktı ilə razılaşmır. Amma bu faktdır və valideynləri işin istintaqı başa çatandan sonra bütün materiallarla tanış edirik və onlar da intihar faktı ilə razılaşırlar. Bəzən məişət problemləri və digər səbəblərdən də intihar halları baş verir. Bunun hamısını yalnız xidmətlə bağlı deyil. Amma sözsüz ki, hərbi xidmətdə hər bir ölüm faktı faciədir və gələcəkdə bunların qarşısını almaq üçün müvafiq işlər görülür”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR