Dövlət Komissiyası: Növbəti müsabiqə elanı avqustun ortalarında gözlənilir

Dövlət Komissiyası: Növbəti müsabiqə elanı avqustun ortalarında gözlənilir
# 11 avqust 2015 12:32 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün növbəti müsabiqə elanı avqust ayının ortalarında gözlənilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Komissiyada olan hazırki göstəricilərə görə növbəti müsabiqəyə 55 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 665 vakant yerin çıxarılacağı gözlənilir: “Bunlardan 567-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 98-i isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır”.

Komissiyadan onu da bildiriblər ki, bu rəqəmlər dəyişə bilər: “Hazırda dövlət orqanları tərəfindən Komissiyaya vakansiyaların təqdim edilməsi davam edir. Növbəti müsabiqə ilə bağlı daha ətraflı məlumat elan zamanı bilinəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR