Bakıda özünü qadın kimi təqdim edən şəxs quldurluq hadisəsi törədib

Bakıda özünü qadın kimi təqdim edən şəxs quldurluq hadisəsi törədib
# 10 aprel 2015 09:58 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Hacıqabul sakininə qarşı quldurluq edilib

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən evrdiyi məlumata görə, aprelin 9-da özünü Ayka kimi təqdim etmiş şəxs Hacıqabul rayon sakini Elşən Atamoğlanovu paytaxtın Nizami rayonu ərazisində kirayədə yaşadığı evə dəvət edib və orada onu bıçaqla hədələyərək mobil telefonunu alıb.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şabran rayon sakini Qismət Soltanov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR