Hesablama Palatası “Azərpoçt”da dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğunu yoxlayacaq

Hesablama Palatası “Azərpoçt”da dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğunu yoxlayacaq
# 03 aprel 2015 07:42 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. APA-nın məlumatına görə, Kollegiya iclasında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri üzrə hesabat və rəy, eyni zamanda Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin formalaşması və istifadə vəziyyətinə dair analitik təhlil üzrə analitik arayış müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Lənkəran şəhər İcra Hakimiyyətinə və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə və “Azərpoçt” MMC tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanması və ödənilməsinin, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair nəzarət tədbirləri üzrə proqramlar da təsdiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR