BMT: Ukraynada məcburi köçkünlərin sayı 1,325 milyon nəfərə çatıb

BMT: Ukraynada məcburi köçkünlərin sayı 1,325 milyon nəfərə çatıb
# 08 iyun 2015 23:43 (UTC +04:00)

Bakı-APA. Son həftə ərzində Ukraynada məcburi köçkünlərin sayı 10 min nəfər artaraq 1 milyon 325 min 154 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) məruzəsində bildirilir.

Son hesablamalara əsasən, 878 min ukraynalı qonşu ölkələrə üz tutub. “Münaqişə başladığı dövrdən 2,2 milyon Ukrayna vətəndaşı daimi yaşayış yerini tərk etmək məcburiyyətində qalıb”, sənəddə qeyd olunur.

Bundan başqa, BMT İnsan Hüquqları üzrə Ali Komissarı İdarəsinin məlumatına görə, bu günədək Ukraynanın şərqində silahlı münaqişə nəticəsində azı 6 454 nəfər həlak olub, 16 146 nəfər isə xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR