Ötən ay Bakının əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin sayı üzrə göstəricilər açıqlanıb

Ötən ay Bakının əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin sayı üzrə göstəricilər açıqlanıb
# 08 fevral 2013 13:54 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda 2013-cü ilin ilk ayı ərzində Bakının əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin sayı üzrə statistik göstəriciləri təqdim edib. Mərkəzdən APA-ya verilən məlumata görə, göstəricilər sıxlıq daha çox müşahidə edilən küçə və prospektləri əhatə edir. Ötən ay Heydər Əliyev prospektinin kənar yolunun şərq istiqamətində 1360986, qərb istiqamətində 1198347, əsas yolun şərq istiqamətində 1136555, qərb istiqamətində isə 1060908 nəqliyyat vasitəsi qeydə alınıb. Neftçilər prospektinin şərq istiqamətində 1725435, Rəşid Behbudov küçəsində isə 1065832 nəqliyyat vasitəsi qeydə alınıb.

Bundan başqa Bakıxanov küçəsinin şərq istiqamətində 1327050, qərb istiqamətində 1686814, Babək prospektinin şərq istiqamətində 1046133, qərb istiqamətində 1110336, 28 May küçəsində isə 493051 nəqliyyat vasitəsi qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR