Bakıda avtomobil daş hasara çırpılıb, sürücü ağır yaralanıb

Bakıda avtomobil daş hasara çırpılıb, sürücü ağır yaralanıb
# 24 fevral 2013 01:25 (UTC +04:00)

Bakı-APA. Bakıda minik avtomobil daş hasara çırpılması nəticəsində sürücü yaralanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, FHN-nin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonunda yol-nəqliyyat qəzası olması haqqında məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "MG" markalı minik avtomobili yol kənarındakı daş hasara çırpılıb. Nəticədə sürücü ağır deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik tədbirlərinə riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxardaraq aidiyyəti üzrə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR