“Bank VTB (Azərbaycan)”ın ödəniş kartları ilə həyata keçirilən tranzaksiyaların sayı 2 dəfə artıb

“Bank VTB (Azərbaycan)”ın ödəniş kartları ilə həyata keçirilən tranzaksiyaların sayı 2 dəfə artıb
# 17 dekabr 2014 07:45 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu ilin əvvəlindən “Bank VTB (Azərbaycan)”ın ödəniş kartlarının istifadəçiləri 70 mindən çox tranzaksiya həyata keçirib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin əvvəlindən “Bank VTB (Azərbaycan)”ın ödəniş kartları ilə həyata keçirilən tranzaksiyaların sayı təxminən 2 dəfə artaraq 70 min manatı ötüb. Dekabrın 1-nə ticarət əməliyyatlarının məbləği təqribən 15 mln. manat təşkil edib. Bununla da 11 ay ərzində tranzaksiyaların ümumi məbləği 5,6 mln. manat və ya 60% artıb.

Vəsaitin nağdlaşdırılması üzrə əməliyyatların məbləği 13 mln. manatı ötüb. Bunlardan bankomatlar vasitəsilə 10,3 mln. manat məbləğində nağd vəsait çıxarılıb. Bankın POS-terminalları vasitəsilə nağd vəsaitin alınması əməliyyatının məbləği 2,6 mln. manat təşkil edib. İlin əvvəlindən POS-terminallar vasitəsilə edilən nağdsız ödənişlərin həcmi isə 56% artaraq 1,2 mln. manat təşkil edib.

Qeyd edək ki, müsbət dinamika onlayn ödənişlər üzrə də müşahidə olunur. Yanvar-noyabr aylarında tranzaksiyaların məbləği 3 dəfə artaraq 700 min manat təşkil edib. Bundan başqa, dövriyyədə olan kartların sayı təxminən 3 dəfə artıb. Belə ki, bu ilin dekabrın 1-nə aktiv kartların sayı 4 minə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR