Bu ilin 6 ayında İstanbulu 100 mindən artıq azərbaycanlı ziyarət edib

Bu ilin 6 ayında İstanbulu 100 mindən artıq azərbaycanlı ziyarət edib
# 07 iyul 2014 07:16 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu ilin ilk 6 ayında Azərbaycandan İstanbula gedənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% artıb.

APA-Economics”in İstanbul Mədəniyyət və Turizm Müdirliyinin (İMTM) hesabatına əsasən verdiyi məlumata görə, bu ilin yanvar-iyun aylarında İstanbula 107 min 169 azərbaycanlı səfər edib.

İMTM-nin məlumatına görə, şəhərə gələn turistlər arasında almanlar çoxluq təşkil edib - 531 min 678 nəfər turist. Rusiyadan 301 min 544, Amerikadan 246 min 157, İrandan 235 min 3, İngiltərədən 221 min 725, Fransadan 221 min 374, İtaliyadan 198 min 333, Liviyadan 142 min 491, Hollandiyadan 137 min 946, Səudiyyə Ərəbistanından 134 min 548, Ukraynadan 133 min 190, İraqdan 121 min 588, Cənubi Koreyadan 111 min 66, Suriyadan isə 104 min 897 nəfər turist gəlib.

Ərəb ölkələrindən gələn turistlərin sayı isə ilk 6 ayda 21% artaraq, 923 min 624 olub.

Qeyd edək ki, ümumilikdə İstanbula gələn turistlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 9% artaraq, 5 mln. 382 min 866 turist səfər edib.

İMTM açıqladığı məlumata görə, İstanbula yanvarda 635 min 283, fevralda 696 min 54, martda 866 min 985, apreldə 1 mln. 14 min 662, mayda 1 mln. 79 min 598 və iyunda 1 mln. 90 min 284 turist gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR