Makedoniya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır - FOTO

Makedoniya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır - <span style="color: red;">FOTO
# 19 aprel 2013 10:41 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Makedoniya Azərbaycanla enerji sahəsində əməkdaşlıq etməkdə maraqlıdır. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Makedoniyanın baş naziri Nikola Qruevski bildirib.

Baş nazir qeyd edib ki, Makedoniya Azərbaycanla siyasi və iqtisadi əlaqələri genişləndirilmək niyyətindədir və bunun üçün tərəflərin böyük potensialı mövcuddur: «Biz Azərbaycanla enerji sahəsində əməkdaşlıq etməkdə maraqlıyıq. Bildiyimiz kimi, Azərbaycan bir sıra qaz ixracı layihələrinin əsas iştirakçısıdır və layihəyə görə, Trans-Adriatik Qaz Kəməri (Trans Adriatic Pipeline - TAP) Makedoniya yaxınlığından keçir. Bu baxımdan Makedoniya Azərbaycanla bu sahədə əməkdaşlıq etmək niyyətindəyik və bu kəmərin imkanlarından faydalanmaq istəyir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR