İran prezidenti ölkə parlamentinin impiçment etdiyi naziri özünə müavin təyin edib

İran prezidenti ölkə parlamentinin impiçment etdiyi naziri özünə müavin təyin edib
# 13 fevral 2013 12:09 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejad özünə yeni müavin təyin edib. APA-nın məlumatına görə, bu, ölkənin sabiq əmək, kooperasiya və sosial rifah naziri Əbdülrza Şeyxülislamidir. O, hökumətdə ictimaiyyətlə əlaqələr üzrə vitse-prezident vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, M. Əhmədinejad fevralın 3-də İran parlamentində impiçiment olunan Ə. Şeyxülislamini əmək, kooperasiya və sosial rifah naziri vəzifəsindən azad etmək məcburiyyətində qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR