“Ələddinin sehrli çırağı” tamaşası 120-ci dəfə nümayiş etdiriləcək

“Ələddinin sehrli çırağı” tamaşası 120-ci dəfə nümayiş etdiriləcək
# 09 mart 2015 11:22 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Martın 8-də Gənc Tamaşaçılar Teatrında ərəb xalq nağılı əsasında hazırlanan “Ələddinin sehrli çırağı” tamaşası 120-ci dəfə nümayiş etdiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın quruluş və musiqi tərtibatı teatrın rejissoru, əməkdar artist Nicat Kazımova məxsusdur.

Quruluşçu rəssamı Mustafa Mustafayev, tryukların quruluşçusu İsa Əsədov, rejissor assistenti Vüsal Mehrəliyevdir.

İki hissəli nağıl tamaşada əməkdar artistlər Atabala Səfərov, Nicat Kazımov, Elşən Rüstəmov, Almaz Mustafayeva, Nübar Novruzova, Qəmər Məmmədova, Vahid Əliyev, aktyorlar Təhminə Məmmədova, Vüsal Mehrəliyev, Natiq Fərzəliyev və başqaları iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR