Küveyt xarici işlər naziri Bakıda inşa ediləcək “Kuwait Tower” yaşayış kompleksi ilə tanış olub - FOTO

Küveyt xarici işlər naziri Bakıda inşa ediləcək “Kuwait Tower” yaşayış kompleksi ilə tanış olub - <span style="color: red;">FOTO
# 14 fevral 2013 09:32 (UTC +04:00)

APA-nın məlumatına görə, Küveyt XİN rəhbəri burada inşa ediləcək “Kuwait Tower” yaşayış kompleksi ilə tanış olub, ona yaşayış kompleksi barədə məlumat verilib.

XİN başçısının diqqətinə çatdırılıb ki, 20 mərtəbəli yaşayış binası dəniz səviyyəsindən 27 metr yüksəklikdə tikiləcək və orada yaşayan insanlar üçün dənizə, Bayraq Meydanına və Ağ Şəhərə gözəl mənzərə açılacaq. Kompleksin tikilməsi ilə bağlı layihələndirmə işləri gedir və bu işlər bu il yekunlaşandan sonra smeta hazırlanacaq, tender elan olunacaq. Küveyt XİN rəhbəri layihədən məmnunluğunu bildirib.

Qeyd edək ki, yaşayış kompleksin layihəsi Britaniyanın “Atkins” şirkəti tərəfindən hazırlanır və Küveyt Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanlar Komitəsi tərəfindən dəstəklənir. Layihə beynəlxalq sərgilərdə mükafatlara da layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR