“Bolkart” Novruz nağdlaşdırması kampaniyası keçirir

“Bolkart” Novruz nağdlaşdırması kampaniyası keçirir
# 18 mart 2015 07:31 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Qarşıdan gələn Novruz bayramında “Bolkart” sahiblərinin nağd pula olan ehtiyaclarını ödəmək məqsədilə “Bank of Baku” nağdlaşdırma kampaniyası elan edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 18-19 mart 2015-ci il tarixləri arasında kartdan pul çıxaran Bolkart sahibləri, mayın 10-dək əlavə xərcsiz ödəniş imkanı qazanır.

Nağdlaşdırmanın komissiya haqqı 4%-dir.

Nağdlaşdırma üçün maksimal məbləğ 500 manat təşkil edir. “Bolkart”ı nağdlaşdırmaq üçün “Bank of Baku”-nun istənilən bankomatına üz tutmaq olar. Bank bankomatlarının dəqiq ünvanları ilə bu keçiddən tanış olmaq mümkündür: http://www.bankofbaku.com/az/filials-and-atms/atms/

Beləliklə, indi hər bir “Bolkart” sahibi bayramqabağı alış-veriş üçün nağd pulu “Bank of Baku”-nun kredit kartı vasitəsilə rahat əldə edə bilər.

Ətraflı məlumat: 145 Məlumat mərkəzi

www.bolkart.az

www.facebook.com/Bolkart

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR