Prokuror kafedə ofisiantı qətlə yetirən şəxsə cəza istəyib

Prokuror kafedə ofisiantı qətlə yetirən şəxsə cəza istəyib
# 29 yanvar 2013 12:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə ofisiantı qətlə yetirən Tərtər rayon sakini Büsat Əliyevin məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses fevralın 4-də davam etdiriləcək.

Qeyd edək ki, B. Əliyev 2012-ci il avqustun 5-dən 6-na keçən gecə, saat 4 radələrində Saray qəsəbəsi ərazisindəki kafelərdən birində işləyən Ağdaş rayon sakini, 21 yaşlı Şamo Məmmədovu qətlə yetirib. Hadisəyə səbəb Büsat Əliyevin bibisi oğlu ilə ofisiant işləyən Şamo Məmmədov arasında hesab üstə düşən mübahisə olub. Dostları ilə kafedə çörək yeyəndən sonra Büsat Əliyevin bibisi oğlu ofisiantdan hesabı istəyib. Şamo Məmmədov hesabın 8 manat olduğunu bildirəndə müştərilər onunla razılaşmayıblar. Onlar hesabın 6 manat olmalı olduğunu bildiriblər. Nəticədə mübahisə düşüb. Hadisədən sonra Büsat Əliyev həmin kafeyə gələrək, mübahisəni aydınlaşdırmaq istəyib. Bu zaman onunla Şamo Məmmədov arasında mübahisə düşüb. Döyüləcəyini görən B. Əliyev bıçağı Ş. Məmmədovun ürəyinə sancıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR