Dövlət ittihamçısı Rəsul Cəfərova cəza istəyib

Dövlət ittihamçısı Rəsul Cəfərova cəza istəyib
# 09 aprel 2015 12:06 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun sədri, hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dövlət ittihamçısı məhkəmədən Rəsul Cəfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses aprelin 14-də davam etdiriləcək.

Qeyd edək ki, İnsan Haqları Klubunun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs-qətimkan tədbiri seçilib.

R. Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR