Siyavuş Novruzov: “Milli Şura mitinq yox, piket keçirirdi”

Siyavuş Novruzov: “Milli Şura mitinq yox, piket keçirirdi”
# 05 aprel 2015 14:26 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın bu gün keçirilən mitinqinə münasibət bildirərkən deyib.

S. Novruzov mitinqdə səslənən fikirləri yalan və böhtan adlandırıb: “Dediklərinin hamısı yalan, Azərbaycana qarşı erməni mənbələrinin yaydığı fikirlər idi. İstər Avropa oyunları, istərsə də digər məsələlərlə bağlı yalan danışırlar. Müxalifət gərək çıxışında alternativ təklif də irəli sürsün. Onlar isə heç bir alternativ fikir irəli sürmür, ancaq demaqoqluqla məşğul olurlar. Fikirləri heç bir əsasa söykənmir. Ona görə də cəmiyyətin belə perspektivsiz, mənasız, məzmunsuz mitinqlərə heç bir ehtiyacı yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR