Bakı-Yekaterinburq təyyarəsi 7 saatlıq gecikmə ilə həyata keçiriləcək

Bakı-Yekaterinburq təyyarəsi 7 saatlıq gecikmə ilə həyata keçiriləcək
# 27 dekabr 2012 16:20 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «Ural Airlines» aviaşirkətinin Bakı- Yekaterinburq aviareysi üzrə uçuş 7 saatlıq gecikmə ilə yerinə yetiriləcək. Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.

Aeroportdan verilən məlumata görə, cədvələ əsasən, bu gün saat 13:30-da Bakıda enməli 2951 saylı Yekaterinburq-Bakı aviareysi üzrə uçan “Airbus-321-200” təyyarəsi Yekaterinburqda hava şəraitinin uçuş üçün əlverişsiz olması səbəbindən gecikmə ilə havaya qalxıb: «Sözügedən aviareys üzrə uçan təyyarə artıq havadadır və saat 20:50-də Bakı aeroportuna enəcəyi gözlənilir. Yekaterinburq-Bakı aviareysində yaranan ləngiməyə görə, saat 14:40-da Bakıdan əks istiqamətə uçmalı 2952 saylı Bakı-Yekaterinburq aviareysi də 7 saatlıq gecikmə ilə havaya qalxacaq, yəni Bakı-Yekaterinburq reysi saat 21:50-də həyata keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR