İranın Mazandaran vilayətinin valisi Bakıda səfərdədir - FOTO

İranın Mazandaran vilayətinin valisi Bakıda səfərdədir - <span style="color: red;">FOTO
# 27 fevral 2013 15:14 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranın Mazandaran vilayətinin valisi Seyid Əliəkbər Tahayi bu gün Azərbaycana gəlib.

APA-nın İRİB-ə istinadən məlumatına görə, Ə.Tahayininin rəhbərlik etdiyi nümayəndə heyətinə İranın bir sıra yüksək rütbəli dövlət rəsmiləri daxildir.

Martın 2-nə kimi davam edəcək səfər çərçivəsində onun bir sıra Azərbaycan rəsmiləri ilə görüşü nəzərdə tutulur. Görüşlər zamanı ikitərəfli biznes və ticarət əlaqələri müzakirə ediləcək. Eyni zamanda ikigünlük səfər çərçivəsində İranın sərhədyanı vilayətləri ilə əməkdaşlığın inkişafı yolları araşdırılacaq.

Qeyd edək ki, ötən həftə Mazandaran vilayətinin valisi Ə.Tahayi ilə Azərbaycanın İrandakı səfiri Cavanir Axundov arasında keçirilən görüşdə Azərbaycanın Mazandaranda konsulluq və bu vilayətdən Bakı şəhərinə aviareysin açılması məsələləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR