Dilqəm Əsgərovun qardaşı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bakı ofisində görüş keçirib

Dilqəm Əsgərovun qardaşı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bakı ofisində görüş keçirib
# 23 dekabr 2014 14:35 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Dilqəm Əsgərovun qardaşı Sahib Musayev bu gün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bakı ofisində görüş keçirib.

Bu barədə APA-ya S. Musayevin özü məlumat verib.

“Mənə dedilər ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun müraciətlərinə cavab verilib. Dağlıq Qarabağda hər hansı məsələnin araşdırılması üçün digər qurumlara müraciət etməyimi məsləhət gördülər”, - deyə o vurğulayıb.

Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qondarma “məhkəmə” prosesi oktyabrın 27-də başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR