Argentinada Xocalı ilə bağlı kitabın təqdimatı keçirilib - FOTO

Argentinada Xocalı ilə bağlı kitabın təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 27 fevral 2013 07:25 (UTC +04:00)

Bakı-APA. Argentinada Xocalı soyqırımının qurbanlarının xatirəsi anılıb. Azərbaycan Respublikasının Argentinadakı səfirliyindən APA-ya verilən məlumata görə, anım mərasimində ispan dilində nəşr olunmuş ideya müəllifi Leyla Əliyevaya məxsus “Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...”(Jodyali. 20 años, 10 storias. Que podrian haber sido reales...) kitabın təqdimatı keçirilib.

Tədbirdə çıxış edən səfir Məmməd Əhmədzadə bu kitabın Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan və soyqırımı dəhşətlərini fərqli üslubda, çox təsirli şəkildə ictimaiyyətə çatdıran dəyərli nəşr olduğunu bildirib. Azərbaycan diplomatı Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlər, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə danışıb.

Argentinanın hökumət qurumlarının və parlamentinin, elmi-akademik çevrələrinin, ictimai təşkilatların, mətbuat və ölkədə akkreditə olunan diplomatik korpusun nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə, Xocalı soyqırımı ilə bağlı foto stendlər qurulub və iştirakçılara bu mövzuda nəşr olunmuş müxtəlif kitab və dərgilər paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR