“Mixaylo” öldü - FOTOSESSİYA

“Mixaylo” öldü - <span style="color: red;">FOTOSESSİYA
# 12 aprel 2013 07:27 (UTC +04:00)

Bu barədə APA-ya S. Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyev bildirib.

Onun sözlərinə görə, N. Şaşıqoğıu bu gün səhər saatlarında dünyasını dəyişib: “Daha yaş öz işini görmüşdü. O, 1927-ci ildən idi. Son vaxtlar yıxılmışdı. İl yarıma yaxın idi ki, evdən çıxmırdı. Rus Dram Teatrının aktyoru olsa da, təqaüddə idi”.

Ə. Hacıyev N. Şaşıqoğliu ilə vida mərasiminin harada keçiriləcəyinin hələ dəqiqləşmədiyini deyib.

Qeyd edək ki, Nodar Şaşıq oğlu İzzətoviç 13 mart 1927-ci ildə Batumi şəhərində anadan olub.

1950-ci ildə Moskva Teatr Məktəbini bitirib. Leninqrad Akademik Dram Teatrında işləyib. “Nikbin faciə”, “Sevilya ulduzu”, “Mariya Tüdor” da Cilberti (V.Hüqo) oynayıb.

N. Şaşıqoğlunun kino yaradıcılığı daha çox Azərbaycanın adı ilə bağlıdır.

“Uzaq sahillərdə” filmində Mehdi Hüseynzadə (1958, rej.T.Tağızadə), “Əsl dost”da Fərman (1959, rej. T.Tağızadə), “Səhər”də Əzizbəyov (1960, rej. A.Quliyev), “Matoe Falkone” qısametrajlı kinodramında Mateo Falkone (1961, rej. T.Tağızadə. Film Prosper Merimenin eyniadlı əsəri əsasında çəkilib), “Leyli və Məcnun”da Məcnun (1961, rej. L. Səfərov), “Bizim küçə”də yenə Mixaylo (1961, rej. Ə. Atakişiyev), “Telefonçu qız”da Zakir (1962, rej. H.Seyidbəyli) obrazlarını canlandırıb.

1983-cü ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. 2007-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR