Si Tszinpin: «Çin ordusu istənilən müharibədə qələbəyə hazır olmalıdır»

Si Tszinpin: «Çin ordusu istənilən müharibədə qələbəyə hazır olmalıdır»
# 11 mart 2013 23:07 (UTC +04:00)

Bakı-APA. Çin silahlı qüvvələri partiyaya qarşı tamamilə loyal olmalı, döyüş qabiliyyətini möhkəmləndirməli, nizam-intizama riayət etməli və istənilən müharibədə qələbəyə hazır olmalıdırlar. APA-nın məlumatına görə, Çin Kommunist partiyasının yeni baş katibi Si Tszinpin belə bir bəyanatla çıxış edib.

Si Tszinpin Çin ordusunun şəxsi heyətini «ölkənin müdafiə qabiliyyətini və hərbi inkişafının səviyyəsini artırmağa» çağırıb.

«Ordu istənilən müharibədə qələbəni təmin etmək üçün tam döyüş hazırlığı vəziyyətində olmalıdır», deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR