Ukrayna XİN başçısı BMT-nı Donbasa sülhməramlılar göndərməyə çağırıb

Ukrayna XİN başçısı BMT-nı Donbasa sülhməramlılar göndərməyə çağırıb
# 23 fevral 2015 19:22 (UTC +04:00)

Bakı-APA. Ukraynaya sülhməramlı qüvvələrin yeridilməsi sülhün bərpası üçün lazımdır.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin bəyan edib.

Faşizm üzərində Qələbənin 70 illiyinə və BMT-nin yaranmasına həsr olunmuş Təhlükəsizlik Şurasının açıq debatlarında çıxış edən nazir bildirib ki, Rusiya Ukraynanın ərazi bütövlüyünü pozub.

“Rusiya bütün sahələrdə Ukraynanın suverenliyini pozub. Biz BMT-nin Nizamnaməsinə ciddi riayət etməliyik”, deyə P.Klimkin bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR