Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib

Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib
# 02 mart 2013 08:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təhsil naziri Misir Mərdanov iclasda Qax Peşə Liseyi, Zaqatala Peşə Məktəbi, Ağdam Peşə Məktəbi və Gəncə 1 nömrəli Peşə Liseyinin akkreditasiyasının nəticələrinin müzakirə olunacağını bildirib. Qeyd olunan peşə təhsili müəssisələri üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər səsləndirilib. Təhsil naziri Misir Mərdanov peşə təhsili müəssisələrində aparılmış akkreditasiyanın nəticələri ilə bağlı fikirlərini bildirib, öz tövsiyə və tapşırıqlarını verib.

İclasda Qax Peşə Liseyi, Zaqatala Peşə Məktəbi, Ağdam Peşə Məktəbinin fəaliyyətinin “kafi” qiymətləndirilərək müvafiq ixtisaslarının akkreditə olunması, Gəncə 1 nömrəli Peşə Liseyinin fəaliyyətinin “qeyri-kafi” qiymətləndirilməsi və müvafiq ixtisaslarının akkreditə olunmaması barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR