Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
# 25 fevral 2015 14:21 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 17 məsələ daxildir. Cinayət Məcəlləsinə, İnzibati Xətalar və Torpaq məcəllələrinə, o cümlədən “Ovçuluq haqqında”, “Heyvanlar haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Dərman vasitələri haqqında” və “Siyasi partiyalar haqqında” qanunlarda dəyişikliklər, eləcə də “Vətəndaşların müraciətləri haqqında” yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsi planlaşdırılır. Bundan başqa, insan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2014-cü il üzrə illik məruzəsi dinləniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR