Xocalı soyqırımının ildönümü münasibətilə Haaqa Məhkəməsi qarşısından Ermənistan səfirliyinə yürüş olacaq

Xocalı soyqırımının ildönümü münasibətilə Haaqa Məhkəməsi qarşısından Ermənistan səfirliyinə yürüş olacaq
# 16 fevral 2013 08:37 (UTC +04:00)

Tədbirlər Hollandiyada fəaliyyət göstərən Azərbaycanın Hollandiyalı Dostları, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi, Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi, Güney Azərbaycanlılar İstiqlal Partiyası və Niderland Azərbaycanlı Gənclər Cəmiyyəti tərəfindən təşkil olunacaq.

Hollandiya Azərbaycan Türk Kültür Dərnəyindən APA-ya verilən məlumata görə, anım mərasiminin fevral ayının 24-ü Haaqa şəhərində ucaldılmış Xocalı abidəsinin önündə Hollandiya və türk mətbuatının, həmçinin dövlət və hökumət nümayəndələrinin iştirakı ilə keçirilməsi gözlənilir.

Bundan əlavə, fevralın 26-da saat 13:00-da Haaqada yerləşən Ədalət Məhkəməsinin -Sülh Sarayının önündən Ermənistan səfirliyinin önünə yürüş təşkil ediləcək.

Tədbirdən öncə yerli əhaliyə Xocalı Faciəsi haqqında kitabçalar paylanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR