FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələrinin taktiki təlimi keçirilib

FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələrinin taktiki təlimi keçirilib
# 01 fevral 2013 13:21 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələrinin taktiki təlimi keçirilib. Bu barədə APA FHN-in qəzetinə istinadən məlumat verib.

Təlimin keçirilməsində məqsəd xilasedicilərin bilik və vərdişlərinin, xilasetmə əməliyyatları zamanı komandir heyətinin idarəetmə bacarıqlarının artırılması olub. Təlimə Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Cahangir Qulamov rəhbərlik edib.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin izlədiyi təlimlər zamanı alpinist alət və avadanlıqları vasitəsilə hündür binalardan xilasedicilərin enməsi və yuxarı mərtəbəyə qalxması elementləri, dağlıq ərazidə sərt qayalara xüsusi alətlər olmadan dırmanma, xilasedicilərin müxtəlif üsullarla havada olan helikopterdən enməsi üsulları nəzərdən keçirilib. Bundan əlavə, dağlıq və qayalıq ərazilərdə, dağ çayları zonasında zərərçəkmişlərin bir yerdən digər bir yerə təxliyə edilməsi və dərinlikdə qalmış zərərçəkmişlərin xüsusi qurğu vasitəsilə xilas edilməsi vərdişləri praktik olaraq nümayiş etdirilib.

Təlimdə xilasetmə işlərinin aparılması zamanı şəraitin psixoloji təsir xüsusiyyətləri, öz vəziyyətini idarəetmə üsulları mövzusunda xilasedicilərə müvafiq tövsiyələr verilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR