"Rabitəbank" 2015-ci I yarısını 2,4 mln. manatlıq mənfəətlə başa vurub

"Rabitəbank" 2015-ci I yarısını 2,4 mln. manatlıq mənfəətlə başa vurub
# 15 iyul 2015 09:20 (UTC +04:00)

Bakı - APA-Economics. "Rabitəbank" 2015-ci ilin iyul ayının 1-ə aktivlərini 27,04% artıraraq 340,971 mln. manata çatdırıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə bankın kredit portfeli 11,73% artaraq 218,284 mln. manat təşkil edib.

Kredit portfelinin tərkibində istehlak kreditlərinin payı 83,355 mln. manatdır ki, bu da 2014-cü ilin iyul ayının 1-ə olan göstəricini 29,3% üstələyir.

Bankda vaxtı keçmiş kreditlərin həcmi 11 mln. 288 min manatdır.

Hesabat dövründə bank tərəfindən İpoteka Fondunun xətti ilə verilən kreditlərin həcmi 21,088 mln. manat olub.

Cari ilin I yarısında bankın depozit portfeli 25,88% artaraq 228,431 mln. manata çatıb.

Əhali tərəfindən banka 159,825 mln. manat həcmində əmanət yerləşdirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 23,61% çoxdur.

Bankın xarici öhdəlikləri il ərzində 3,05% artaraq 6,042 mln. manata çatıb.

"Rabitəbank"ın məcmu kapitalı 21,57% artaraq 63,918 mln. manat, nizamnamə kapitalı isə 6,59% artaraq 48,5 mln. manat olub.

Bank 2015-ci ilin I yarısını 2,415 mln. manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR