Şəkidə 3354 çətənə kolu yandırılıb

Şəkidə 3354 çətənə kolu yandırılıb
# 24 iyun 2016 07:18 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə küllü miqdarda narkotik bitki məhv edilib.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, ŞRPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin aşkarlanaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirib.

Tədbir nəticəsində rayon Baş Kündüt kənd inzibati ərazisində, taxıl əkilən sahənin yaxınlığında 3,5 hektar ərazidə yabanı halda bitmiş narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkarlanıb.

Hal şahidlərinin iştirakı ilə ərazidən ümumi çəkisi 842 kq olmaqla, 3354 ədəd çətənə kolu yığılaraq yandırılma yolu ilə məhv edilib.

Rayon ərazisində narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin aşkarlanaraq məhv edilməsi istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR