İdarə rəisi: “Korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib”

İdarə rəisi: “Korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib”
# 17 iyul 2014 07:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “2014-cü ilin birincin yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində idarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib”. APA-nın məlumatına görə, bunu 2014-cü ilin I yarımili ərzində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.


K. Əliyev bildirib ki, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq müddəalarının icrası qaydasında məktəbəqədər təhsil, bank, ekologiya və digər sahələrdə xarakterik korrupsiya hüquqpozmalarının aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərə dair təkliflər hazırlanaraq aidiyyəti təşkilatlara göndərilib: “Həmçinin bir sıra hallarda vəzifəli şəxslər tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində “Prokurorluq haqqında” qanunun 23-cü maddəsinə müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilib”.

İdarə rəisi qeyd edib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq hesabat dövrü ərzində idarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR