Bakıda gənclərin keçirdiyi etiraz aksiyası zamanı 60-a qədər şəxs saxlanılıb

Bakıda gənclərin keçirdiyi etiraz aksiyası zamanı 60-a qədər şəxs saxlanılıb
# 26 yanvar 2013 15:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı şəhərində bir qrup gəncin keçirdiyi etiraz aksiyası zamanı 60-a qədər şəxs saxlanılıb. APA-nın xəbərinə görə, saxlanılanlardan bəzilərinə xəbərdarlıq olunduqdan sonra onlar sərbəst buraxılıb. Bəziləri isə hazırda polis bölmələrindədir.

Qeyd edək ki, aksiya İsmayıllı rayonunda baş verən son hadisələrə etiraz məqsədi daşıyıb. Polis tədbirin Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadığını əsas gətirərək aksiyanın qarşısını alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR