ABŞ-da naməlum şəxs gecə klubunda atəş açıb, yaralılar var

ABŞ-da naməlum şəxs gecə klubunda atəş açıb, yaralılar var
# 27 yanvar 2013 01:59 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın paytaxtı Vaşinqtonda naməlum şəxs gecə klubunda atəş açıb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, son məlumata görə, atəş nəticəsində 5 nəfər güllə yarası alıb. Polis atəş açan şəxsi axtarır və cinayətin motivlərini aydınlaşdırır.

ABŞ KİV-lərin məlumatına görə, naməlum şəxs yerli vaxtla gecə saat ikidə kluba daxil olub və atəş açmağa başlayıb. Silahlı insident nəticəsində üç kişi və iki qadın güllə yaraları ilə xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin ifadələrinə görə, atəş açan şəxsin hündür boyu, başında isə idman papağı olub.

Qeyd edək ki, silahlı insidentdən bir neçə saat sonra ABŞ-da silah satışına qadağa tətbiq olunması tərəfdarlarının yürüşü başlayıb. Yürüşdə on minlərlə amerikalı iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR